“Bu, Azərbaycanın qalib olduğunu və bölgədə yeni reallıqların olduğunu bir daha göstərir” – Deputat | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu, Azərbaycanın qalib olduğunu və bölgədə yeni reallıqların olduğunu bir daha göstərir” – Deputat

Qafar Ağayev16:36 - 26 / 08 / 2022
“Bu, Azərbaycanın qalib olduğunu və bölgədə yeni reallıqların olduğunu bir daha göstərir” – Deputat

"10 noyabr 2020-ci il tarixində Rusiyanın iştirakı ilə özündə doqquz bəndi əks etdirən bəyanatın imzalanması bir tərəfdən Ermənistanı kapituliyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əlyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O, bildirib ki, bəyanatın daha vacib məqamlarından biri isə insan tələfatının, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir.

“Azərbaycan Respublikasının əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir.

İmzalanmış bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı anlaşmanın qəbul olunması bu ərazilərdən didərgin salınmış həmvətənlilərimizin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım idi.

Bu dəhliz eyni zamanda bundan sonra xalqlar arasında sosial, mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və rifah içində yaşamalarına şərait yaradacaqdır”.

“Lakin, görürük ki, xalqların təhlükəsiz şəraitdə, sülh içərisində birgə yaşamasına töhfə olacaq yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistan tərəfi öz ərazisindən keçən hissənin tikintisini heç bir səbəb olmadan uzadır” – deyə, deputat əlavə edib:

“Bu, Ermənistanın hər zaman olduğu kimi həm beynəlxalq müstəvidə, həm də 10 noyabr bəyanatına əsasən götürdüyü öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasının bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, o cümlədən humanizm, yüksək mədəniyyət, konstruktivlik nümayiş etdirərək yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərini nəzərə aldı, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yolun istifadə olunmasına razılıq verdi. Sözsüz ki, yerli erməni əhalisi baş verən proseslərin şahidi olaraq bundan sonra Azərbaycanın irəli sürdüyü şərtlər altında azərbaycanlılarla sülh içərisində yaşamaqda öz mənafelərini görürlər”.

M.Əfəndiyev bildirib ki, 26 avqust 2022-ci il tarixində Prezident İlham Əliyevin “Twitter” hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə edilmiş məruzə, ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün şərait yaradacaqdır.

“Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.

Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu”.

Paylaş:
277

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər