Azərbaycanda son sutkada 501 nəfər koronavirusdan sağalıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 501 nəfər koronavirusdan sağalıb - STATİSTİKA

Qafar Ağayev16:46 - 26 / 08 / 2022
Azərbaycanda son sutkada 501 nəfər koronavirusdan sağalıb - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 667 aktiv xəstə var. Bu günə qədər 9 796 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 659, bu günə qədər isə ümumilikdə 7 138 810 test icra olunub.

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər