İlham Əliyev şəhidlərimizin ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib
Prezident İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
1news.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
"Sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizn qanı yerdə qalmadı!", - paylaşımda deyilir.