"Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

"Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür

1news Redaksiyası16:12 - Bu gün
"Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür

"Global Media Group" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyi fəaliyyətinin 12-ci ilini tamamlayır.

2014-cü ildən onlayn media məkanında fəaliyyət ko göstərən agentlik Azərbaycan, rus və ingilis dillərində ölkədə və dünyada baş verən ictimai-siyasi, iqtisadi və sosial hadisələr barədə xəbər və analitik materiallar təqdim edir.

Müxbir postları və xarici büroları vasitəsilə regional və beynəlxalq hadisələri işıqlandıran agentlik, həmçinin 2018-ci ildən fəaliyyət göstərən "Report Media Məktəbi" ilə media sahəsində kadr hazırlığını həyata keçirir.

1news.az kollektivi olaraq "Report" İnformasiya Agentliyini fəaliyyətə başlamasının 12-ci ildönümü münasibətilə təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində yeni uğurlar və bol oxucu auditoriyası arzulayırıq!

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər