BMT Baş katibinin müavini: Mən Qarabağı ziyarət edən ilk BMT nümayəndəsi olmuşam

“Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin ilk mərhələsində gördüyüm mənzərə tamamilə dəhşətli idi”.
1news.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət diqqət mərkəzində: ortaq gələcəyə aparan təhlükəsiz yollar” adlı panel sessiyasında çıxışı zamanı deyib.
“Eynilə İspaniyadakı Qranada kimi, hər yer yerlə-yeksan edilmişdi, heç nə qalmamışdı. Dağıdılmış evlər, kəndlər, minalar...
Mən beynəlxalq ictimaiyyətə həqiqəti dedim. Həqiqət mənim gözlərimin önündədir. Beləliklə, Qarabağ digərləri üçün sürpriz oldu. Beynəlxalq ictimaiyyətin nümayəndəsi Qarabağda baş verənlər haqqında necə bu qədər aydın danışa bilər? Bu, Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan hökuməti arasında sonrakı illərdə çox vacib və davamlı münasibətlərin başlanğıcı oldu”, – deyə Moratinos qeyd edib.











