Politoloq: “Yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: “Yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir”

Qafar Ağayev10:19 - 13 / 09 / 2022
Politoloq: “Yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir”

“Ermənistanın baş naziri Nikol Paşinyanın kimə zəng etməsindən asılı olmayaraq, o, ciddi uğursuzluğa düçar oldu”.

Bunu 1news.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.

“Paşinyan olmur, kim olur olsun Ermənistana heç kim imdad etməyəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edən Paşinyan anlamalıdır ki, 2022-ci ilin fevral ayında Azərbaycan və Rusiya arasında imzalanan strateji müttəfiqlik sənədinə əsasən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, sərhəd toxunulmazlığına hörmətlə yanaşmalıdır və 3-cü dövlətlə birlikdə hərhansı bir hərbi əməliyyatlarda Azərbaycan Ordusuna qarşı döyüşə bilməz. Bu olduqca vacib məqamdır. Əgər biz 2022-ci ilin fevral ayına qədər Ermənistan tərəfindən bu kimi mülki müraciətlərdə Rusiyanın öhdəliyinin açıq-aşkar nədən ibarət olduğunu bilirdiksə, bu gün Rusiyanın Ermənistan qarşısında olduğu kimi Azərbaycan qarşısında da öhdəliyi olduğu üçün Rusiya heç bir vəchlə Ermənistana yardım edə bilməz. 2-ci məsələ, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı türk dövlətlər də Ermənistana bu və digər məsələlərdə kömək etməyəcək. 3-cü məsələ, Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünü müdafiə ilə məşğuldur və lazım gələrsə, biz Ermənistan daxilində də bufer zona yaradaraq Ermənistandan Azərbaycana gələn təhdidlərlə bağlı addımlar ata bilərik. Məhz Ermənistan rəhbərliyinin, Ermənistan ordusunun son təxribatları bizə belə addımlar atmağa imkan verir. Biz Paşinyanın yenə də Rusiyaya, Fransaya və ABŞ-a zəng etməsinin, yenə də onun qapılar önündə dayanaraq qəbula düşmək istəməsinin şahidi olduq”.

“Çox təəssüflər olsun ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken yuxulu bir bəyanat verdi, bu qəbuledilməzdir” – deyə, politoloq əlavə edib:

“Amma kimin hansı bəyanat verməsindən asılı olmayaraq, yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir. Bu dizçökmə Səmərqənddə və yaxud hərhansı bir başqa şəhərdə yaxın vaxtlarda konkret qərarların verilməsi ilə nəticələnə bilər. Azərbaycan Ordusu Ermənistan daxilində harada olmasından asılı olmayaq istənilən erməni hərbi obyektini vurmağa qadirdi. Ermənistan rəhbərliyi bunu unutmasın və öz dövlətçiliyini zərbə altına qoymasın. Hələlik baş verənlər göstərir ki, Ermənistan dövləti bir virusdu, bu virusun tamamilə aradan qaldırılması məsələsi gündəmə gətirilə bilər. Ona görə yaxşı olardı ki, Paşinyan tərəfindən öhdəliklə cəld şəkildə yerinə yetirilsin”.

Xatırladaq ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Həmçinin oxuyun:

Azərbaycan XİN-dən Ermənistanın təxribatı ilə bağlı BƏYANAT

MN: Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdır

Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Paylaş:
637

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər