“Alim olaraq bu evliliyi haram elan edirəm” - Fəsadları illər sonra belə ortaya çıxan qohum evliliyi - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Alim olaraq bu evliliyi haram elan edirəm” - Fəsadları illər sonra belə ortaya çıxan qohum evliliyi - ŞƏRH

Ayşən İsmayılova11:39 - 24 / 09 / 2022
“Alim olaraq bu evliliyi haram elan edirəm” - Fəsadları illər sonra belə ortaya çıxan qohum evliliyi - ŞƏRH

Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik forması olmasına baxmayaraq, Azərbaycanda olduqca geniş yayılıb.

Hətta insanlardakı bu meyil ədəbiyyatımızda da öz xalasının, bibisinin, dayısının və yaxud əmisinin qızı və ya oğlunu sevən, hətta onlardan övlad dünyaya gətirən bir çox obrazın “doğulmasına” səbəb olub. Qələm əhlini belə dilə gətirən bu hal həkimlərin də ürəyincə deyil. Bəs insanlar fəsadları olduğunu bilə-bilə niyə hələ də qohumları ilə evlənməyə davam edirlər? Bu cür evliliklərin qarşısını necə almaq olar?

Sosioloq Əhməd Qəşəmoğlu 1news.az-a açıqlamasında Azərbaycanda bu cür evliliklərin çox utandırıcı bir hal olduğunu söyləyib:

“Bu Azərbaycanda çox utandırıcı bir haldır. Və bunun fəsadlarını da ətrafımızda görürük. Adını deməyəcəyəm, amma Azərbaycandakı məşhur xanımlardan birinin qardaşı öz əmisi qızı ilə evlənmişdi. Uşaqları sağlam doğulmuşdu, hətta buna görə sevinmişdilər. Ancaq uşaq böyüyüb 30 yaşına çatanda onda xəstəliklər ortaya çıxdı, böyrəkləri çürüməyə başladı və onu xilas edə bilmədilər. Mən belə çoxlu sayda insan tanıyıram. Məsələn, bir ailə tanıyıram ki, əmioğlu və əmiqızı evləniblər və doğulan uşaqların üçü də əqli qüsurludur. Bu insanlar bütün ömürlərini və qazandıqları pulları uşaqlarının müalicəsinə sərf edirlər. Təsəvvür edin, gənc bir ailə var və uşaqları gözlərinin qabağında bu halda böyüyür. Belə yüzlərlə nümunə göstərmək olar. Bu Azərbaycanda ən çox tənqid edilən məsələlərdən biridir. Bu cür halların qarşısını qanunvericiliklə də olsa, almalıyıq.

Xristian aləmində heç kəs gedib əmisiqızı ya da əmisioğlu ilə evlənmir. Yəni biz belə qoçaq olmuşuq? Mən hər zaman təhlillər aparıram və deyə bilərəm ki, İslamda insanın bədəni və ya həyatı üçün fəsad, dərd, xəstəliklər yaradan şeylərin hamısı haramdır. Çörək müqəddəsdir, amma çox yemək haramdır. Yəni mən bir Azərbaycan alimi olaraq qohumla evlənməyin də haram olduğunu elan edirəm. Hər hansı bir din xadimi mənə qarşı çıxsa, gəlsin, gözünün içinə baxa-baxa ona qohumla evlənməyin İslam tələblərinə görə haram olduğunu “Quran”ın ayələri ilə bir-bir izah edim.

Digər tərəfdən də, boşanma zamanı iki tərəf bir-birinə az qala düşmən olurlar. Bizdə belə şit bir deyim də var ki, əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib. Onu kim deyibsə, qələt eləyib! Təsəvvür edin, bir insan övladını 10 yaşından sonra qardaşının evinə göndərə bilmir. Çünki qardaşının oğlu qızına başqa gözlə baxa bilər. Niyə 10 yaşından sonra əmioğlu əmisiqızına başqa gözlə baxmalıdır? Əmisiqızı da onun bacısıdır da.

Bu bizdə istər dini, istər əxlaqi, istər sosial, istər tibbi cəhətdən ayıb bir xüsusiyyətdir. Bunun qarşısını təcili şəkildə almaq lazımdır. Uşaq anadan olanda da, 20-30 yaşından sonra da xəstə ola bilər, hətta bəzən öz uşağında olmadıqda nəvəsində də xəstəliklər ortaya çıxa bilər”.

Sosioloq bu cür evliliklərin baş tutmasında əsas səbəb kimi pul, mal bölgüsü kimi məsələləri qeyd edib:

“İnsanlar düşünürlər ki, pul qazanırsa, bu pullar yad qızına yox, öz qohumuna qismət olsun. Hətta bununla bağlı bir hadisə də yadımdadır. 1975-ci ildə qatarla rayona gedirdim. Həmin vaxtlar gənc oğlan idim. Kupe yoldaşım ağsaqqal bir kişi idi. Məndən evlənib-evlənmədiyimi soruşdu. Subay olduğumu deyəndə mənə dedi ki, evlənsən əmiqızından, xalaqızından biri ilə evlən. Səbəbini soruşanda dedi ki, sənin pulunu niyə yad yeməlidir? Bu tayfa psixologiyasından, maddiyyat düşüncəsindən və nadanlıqdan irəli gəlir”.

Mövzu ilə bağlı Respublika Perinatal Mərkəzinin həkim-genetiki Həmidə Abbasova ilə əlaqə saxladıq. H. Abbasova qohum evliliklərindən doğulan uşaqlarda xəstə genlərin üzə çıxma ehtimalının 25% olduğunu deyib:

“Qohum evlilikləri arzuolunmazdır və biz həmişə bunun qarşısını almağa çalışırıq. Genetik xəstəliklərin çoxu autosom-resessiv yolla nəsildən-nəslə ötürülür. Məhz autosom-resessiv xəstəliklərin ötürülməsində qohum evliliklərinin rolu böyükdür. Metabolik fermentopatiyaların çoxu bu yolla yayılır. Eyni xəstəliyi daşıyan iki daşıyıcının evlənməsindən meydana çıxan xəstəliklərdən biri də spinomuskular atrofiya (SMA) xəstəliyidir. Məsələn, eyni nəsildən olan iki nəfər- bibioğlu dayıqızı evləniblər. Hər ikisinin də valideyni eyni geni daşıyır və bunu övladlarına ötürüb. Övladları isə sağlamdır, çünki digər valideyndən sağlam gen alıblar. Xəstə gen özünü büruzə verə bilmir, dominant gen onun qarşısını alır. Amma evlənən qohumların uşaqlarında xəstə gen 25% ehtimalla üzə çıxa bilir. Qohum evlilikdən doğulan uşaqların 100%-i də xəstə doğulmur. Belə nikahlarda adətən 50% valideynləri kimi daşıyıcı, amma sağlam, 25% tam sağlam, 25% isə xəstə uşaq doğulma ehtimalı var. Buna talassemiyanı misal göstərə bilərik. Azərbaycanda beta talassemiya xəstələri o qədər çox idi ki, nəinki qohum, hətta yadlar belə evlənəndə talassemiyalı uşaqlar doğulurdu. Buna görə də 2015-ci ildə cənab prezidentin əmri ilə nikahaqədər diaqnostikaya başlanıldı. Bu çox sevindirici haldır. Belə cütlüklər nikaha girmək üçün ərizə verəndə onların qanı alınır. Talassemiya daşıyıcılığı aşkar olunursa, onlar xəstə uşaqları ola biləcəyi ilə bağlı məlumatlandırılırlar. Daşıyıcı cütlüklər Talassemiya Mərkəzində yoxlanılırlar və onlarda hansı mutasiya olduğu aşkar olunur. Daha sonra hamiləliyin 16-18-ci həftəsində dölyanı maye yoxlanılır. Əgər uşaq xəstədirsə, valideynlər bunu vaxtında bilirlər və sağlamdırsa, uşaq doğulur. Bu ölkənin tibbinə çox böyük bir töhfədir.

Bəzən uşaqları xəstə olan valideynlərdən qohum olub-olmadıqlarını soruşuruq, “yox” deyirlər. Yerli olub-olmadıqlarını soruşanda isə “bəli” deyirlər. Hətta eyni kənddən olanlar belə qohum sayılırlar. Çünki kənddə bir-birlərindən o qədər qız alıb-veriblər ki, artıq onların genləri “cırlaşıb”. Ona görə də qohumluq olmasa belə, bu cür hallar meydana çıxır”.

Ayşən İsmayılova

Paylaş:
1498

Son xəbərlər

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilibBu gün, 14:35Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİBBu gün, 14:06Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşübBu gün, 13:46Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 13:21İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı veribBu gün, 13:15Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıbBu gün, 12:39Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilibBu gün, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOBu gün, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc FətəliyevaBu gün, 11:17Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08
Bütün xəbərlər