Kürdəmirdə bağça yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə bağça yanıb

09:28 - 17 / 10 / 2025
Kürdəmirdə bağça yanıb

Kürdəmirdə uşaq bağçası yanıb.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər