Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib

09:48 - 17 / 10 / 2025
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
372

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər