Qaradağdakı palçıq vulkanında püskürmə baş verib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağdakı palçıq vulkanında püskürmə baş verib - VİDEO

10:29 - Bu gün
Qaradağdakı palçıq vulkanında püskürmə baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

"Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür", məlumatda deyilir.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər