Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 89,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,89 dollar/barel azdır.
Bu barədə 1news.az -a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 88,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,89 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,89 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 85,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,89 dollar/barel azdır.
1news.az