Qızılın qiyməti cüzi artdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızılın qiyməti cüzi artdı

11:15 - 03 / 10 / 2022
Qızılın qiyməti cüzi artdı

Dünya bazarlarında qızılın qiyməti cüzi artaraq bir unsiyası 1 670 ABŞ dollarını ötüb.

1news.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,06 % və ya 0,95 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 672,95 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 2,01 % artaraq 1 unsiyası 19,422 ABŞ dolları təşkil edib.

Qızılın bahalaşmasına ABŞ dollarının zəifləməsi səbəb olub.

Belə ki, ABŞ dollarının indeksi 1 % düşərək 112,1 bəndə enib. Ucuz dollar qızılı başqa valyutalarla alış üçün əlçatan edir.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər