Azərbaycanın neft-qaz sektoruna bu il sərmayələr azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna bu il sərmayələr azalıb

12:48 - 17 / 10 / 2022
Azərbaycanın neft-qaz sektoruna bu il sərmayələr azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 3 603,3 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,7% azdır.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 4 033,8 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər