Yasamalda su borusundakı qəzaya görə 3 marşrutun hərəkəti dəyişdirilib - SIYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda su borusundakı qəzaya görə 3 marşrutun hərəkəti dəyişdirilib - SIYAHI

Qafar Ağayev09:24 - 26 / 10 / 2022
Yasamalda su borusundakı qəzaya görə 3 marşrutun hərəkəti dəyişdirilib - SIYAHI

Yasamal rayonunda su borusu partlayıb, ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər