İlham Əliyev Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçılarına müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Qafar Ağayev11:48 - 26 / 10 / 2022
İlham Əliyev Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın məlumatına görə, müraciətdə deyilir:

Hörmətli qurultay nümayəndələri!

Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.

Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir. Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.

Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır".

Paylaş:
240

Son xəbərlər

İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 12:06Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOBu gün, 11:44Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıbBu gün, 11:19Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:02DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEOBu gün, 10:46Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edibBu gün, 10:33Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:22Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıbBu gün, 10:13Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblarBu gün, 10:01Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28
Bütün xəbərlər