Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Rəsmi

Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib

17:50 - 10 / 11 / 2022
Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş keçirilib

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

***

Saat 17:19

Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.

1news.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, iki dövlət başçısı arasında görüş Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində təşkil olunub.

Görüş zamanı dövlət başçılarının avtomobil, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini müzakirə etməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.

1news.az

Paylaş:
822

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər