Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib

13:02 - 10 / 11 / 2022
Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib

"Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-da axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!"

1news.az

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər