ABŞ İran qarşısında Azərbaycanın yanında olacağını bildirdi | 1news.az | Xəbərlər
Rəsmi

ABŞ İran qarşısında Azərbaycanın yanında olacağını bildirdi

10:49 - 11 / 11 / 2022
ABŞ İran qarşısında Azərbaycanın yanında olacağını bildirdi

Biz tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik.

1news.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

Jurnalistin “İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq?” sualına Prays cavab olaraq İranın bölgə üçün təhlükəli olduğunu bildirib:

“İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə hər kəsə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə hər zaman davam edəcəyik”.

Aynurə Xudaverdiyeva

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər