Xəyanətə dözməyə gücümüz qalmadı - Soylu
Nazir Süleyman Soylu İstiqlal küçəsində dükançıları ziyarət etdikdən sonra partlayış yerində açıqlama verib.
1news.az xəbər verir ki, Soylu mətbuata açıqlamasında "Bunun necə koordinasiya edildiyini bilirik. Polis gücümüz, qubernatorluğumuz lazımi açıqlamaları verdi və etməyə də davam edir. Xəyanətə dözməyə gücümüz qalmadı. İstiklal Caddesi bizim utancaq qızımızdır. Təbii ki, terrorçular yaxalandı. Yaxalamasaydıq bu gün Yunanıstana qaçaqmalçılıq yolu ilə aparacaqdılar. PKK-ya daxili kəşfiyyatı kim verməyə çalışırsa, günahkardır. Allah millətimizə kömək olsun. Buna çox güclü cavab verəcəyik", - deyib.
273