İstanbulda patlayış törətməkdə şübhəli bilinən qadın saxlanıldı
Dünən İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
1news.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlayıb.
Xatırladaq ki, partlayışdan sonra əraziyə bombanı qoymaqda şübhəli bilinən bir qadının fotosu yayılıb.
Qeyd edək ki, noyabrın 13-ü baş verən partlayışda 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.
458