Britaniya səfiri Qarabağda aparılan minatəmizləmə işlərini yüksək qiymətləndirib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə tanışlıq görüşü keçirib.
ANAMA-dan 1news.az-a verilən xəbərə görə, Fergus Auld Qarabağda aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüş zamanı mina təhlükəsi ilə mübarizə fəaliyyətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və azad edilmiş ərazilərdə təhlükəsiz yaşam şəraitinin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
455