BMT: İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

BMT: İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub

16:22 - 24 / 11 / 2022
BMT: İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub

İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub. Bu, qəbuledilməzdir.

1news.az xəbər verir ki, bu barədə BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk təşkilatın İnsan Haqları Şurasının İranda insan haqlarının vəziyyətinə dair keçirilən xüsusi sessiyasında bildirib.

O, etirazlar kontekstində bu vaxtadək aralarında uşaqlar da olmaqla təxminən 14 min nəfərin həbs olunduğunu əlavə edib.

Volker Turk insan haqları pozuntuları ilə bağlı cəzasızlığın davam etməsinin İranda əsas problemlərdən biri olduğunu, bunun narazılığı və etimadsızlığı artırdığını vurğulayıb: “Ona görə də mən insan haqları pozuntuları, beynəlxalq standartlarla uyğunluqla bağlı ittihamların araşdırılması üçün müstəqil, tərəfsiz və şəffaf təhqiqat prosesinə çağırıram”.

BMT komissarı İran rəsmilərini dinc etiraz aksiyaları zamanı həbs edilənləri azad etməyə və ölüm hökmünə moratorium tətbiq etməyə çağırıb.

Paylaş:
383

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər