Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib

Qafar Ağayev13:59 - 29 / 11 / 2022
Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib

Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.

Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər