Yollarda tıxac problemi - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yollarda tıxac problemi - “Çıxışa doğru”da MÜZAKİRƏ

00:11 - 30 / 11 / 2022
Yollarda tıxac problemi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Artıq bir neçə ildir ki, tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib. Özü də tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır.

Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda irəliləyiş hiss olunmur. Paytaxtın nəqliyyat sistemi demək olar ki, tez-tez iflic vəziyyətə düşür. İnsanlar saatlarla yollarda qalır. Bəs görəsən, tıxacların qarşısını almaq niyə bu qədər müşkülə çevrilib? Sıxlıq yaradan əsas amillər hansılardır?

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yollarda tıxac problemi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Rövşən Tağıyev - Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği, ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, Fərhad Eyyubov - nəqliyyat üzrə mütəxəssis, Elməddin Muradlı - nəqliyyat üzrə mütəxəssis və Rauf Ağamirzəyev - nəqliyyat üzrə mütəxəssis, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər