Beyləqanda 4 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda 4 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı qərar verildi

Qafar Ağayev09:41 - 05 / 12 / 2022
Beyləqanda 4 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı qərar verildi

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1news.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə rayon məhkəməsində qərar elan olunub.

Hazırda istintaq davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb.

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.

Paylaş:
294

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunubBu gün, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıbBu gün, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyibBu gün, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcəkBu gün, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildiBu gün, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTOBu gün, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilibBu gün, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcəkBu gün, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunubBu gün, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıbBu gün, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTOBu gün, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46
Bütün xəbərlər