Aygün Attardan aksiya keçirən QHT nümayəndələrinə DƏSTƏK
“Azərbaycanın təbii sərvətlərini talayanlara qarşı mübarizə göstərən QHT-ləri dəstəkləyirik".
1news.az xəbər verir ki, bunu bu gün Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar "Twitter" hesabında qeyd edib.
Xatırladaq ki, artıq 3 gündür ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası davam edir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.