Ermənilərin məhv etdiyi “Xaçınçay” Su Anbarını sahibləri bərpa edir - Sədr müavini yekunlaşacağı tarixi açıqladı - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Ermənilərin məhv etdiyi “Xaçınçay” Su Anbarını sahibləri bərpa edir - Sədr müavini yekunlaşacağı tarixi açıqladı - FOTO

Qafar Ağayev15:05 - 16 / 12 / 2022
Ermənilərin məhv etdiyi “Xaçınçay” Su Anbarını sahibləri bərpa edir - Sədr müavini yekunlaşacağı tarixi açıqladı - FOTO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə
Ağdam rayonundakı "Xaçınçay" Su Anbarında, Tərtər rayonu "Suqovuşan" su anbarının 5.2 km uzunluğundakı magistral kanal və "Tər-tər" sol sahil magistral kanallarda görülən təmir-bərpa işləri ilə bağlı məlumat vermək üçün mediatur təşkil edilib.

1news.az-ın əməkdaşlarının da iştirak etdiyi mediatur çərçivəsində ilk dayanacaq Ağdam rayonunda yerləşən "Xaçınçay" Su Anbarı olur.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov deyib ki, "Xaçınçay" Su Anbarı 1964-cü ildə Xaçınçayın üzərində inşa edilib.

“Xaçınçay özü Azərbaycan ərazisində formalaşır, mənbəyi dəniz səviyyəsindən təqribən 1800 metr yüksəklikdə yerləşir. Mənbəyi bulaq suları, yeraltı sular və yağış sularıdır. "Xaçınçay" Su Anbarı inşa edilməklə Ağdam rayonunun 7 min hektar əkin sahəsin suvarma ilə təmin edib. Son 30 ildə mənfur qonşularımız tərəfindən bir sıra ərazilərimiz işğala məruz qalmışdı, o cümlədən "Xaçınçay" Su Anbarının ərazisi işğala məruz qalmışdı. 2020-ci ildə Vətən Müharibəsi zamanı torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezidentin sərəncamı ilə Dövlət Su Komissiyası yaradılıb. Dövlət Komissiyasının sədri və üzvləri dəfələrlə burada olub.

Buraya baxış keçirəndə işğal dövründə buranın necə bərbad vəziyyətdə olduğunun şahidi olduq. Su anbarı demək olar ki, məhv edilmişdi. Eyni zamanda bəndin özü də qəzalı vəziyyətdə idi. Bununla bağlı Komissiya iclaslar keçirdi, təcili olaraq tədbirlər keçirilməyə başlandı".

"İlk növbədə ərazi aidiyyəti qurumlar tərəfindən minadan təmizləndi” - deyə, sədr müavini əlavə edib:

“Mina təmizlənəndən sonra burada iqtisadi-texniki əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması tapşırıldı. Bununla bağlı müsabiqə elan olundu və qalib elan olunandan sonra işlərə başlanıldı. Müsabiqənin qalibi “Körpü-Bina Tikinti” şirkəti oldu”.

R.Aslanov bildirib ki, şirkət tərəfindən 2 ay öncə işə başlanılıb.

“Burada təkcə bəndin yamacı, beton hissəsi 80 min kvadrat metrə yaxındır. O da beton tamamilə aşınmışdı, aşınan hissələri 80 min kvadrat metr sahədə beton, dəmir hisssəsi sökülüb, daşınıb. Artıq 80 faizə qədər təmir-bərpa işləri yekunlaşıb. Beton təxminən 20-30 santimetr qalınlığında olub.
Bəndin yamacında görülən işlərlə yanaşı, eyni zamanda suqəbuledici qüllə özü pis vəziyyətdə idi, qapılar mənfur qonşular tərəfindən sökülüb aparılmışdı. Qapıların, suqəbuledici qüllənin, estakadanın bərpası işləri aparılır. Bunlarla yanaşı qəza su tullayıcısında da bərpa işləri gedir, magistral kanalın 7 kilometr hissəsində su buraxma qabiliyyəti 3,2 kubmetr saniyə təşkir edir, orada da betonlama işlərinə başlanılıb. Nəzərdə tuturuq ki, bu işlə gələn ilin oktyabrına qədər tamamilə yekunlaşsın, suyun yığılmasını təmin edək və 2024-cü üçün ilin payız suvarmasını bu anbar vasitəsilə həyata keçirək. Bununla bağlı ikinövbəli iş rejimi tətbiq edilir”.

Foto: Nadir İbrahimli

Paylaş:
1516

Son xəbərlər

Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41
Bütün xəbərlər