Biləcəridə kafedə oğurluq oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləcəridə kafedə oğurluq oldu

11:47 - 17 / 12 / 2022
Biləcəridə kafedə oğurluq oldu

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər