Yulian Kifu: Bu gün imzalanan saziş enerjiyə ehtiyacı olan regiona “yaşıl enerji” gətirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yulian Kifu: Bu gün imzalanan saziş enerjiyə ehtiyacı olan regiona “yaşıl enerji” gətirir

18:14 - 18 / 12 / 2022
Yulian Kifu: Bu gün imzalanan saziş enerjiyə ehtiyacı olan regiona “yaşıl enerji” gətirir

Rumıniya Baş nazirinin xarici siyasət, təhlükəsizlik, strateji məsələlər üzrə müşaviri Yulian Kifu dekabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”lə bağlı AZƏRTAC-a müsahibə verib.

O bildirib ki, imzalanan saziş son dərəcə aktualdır. Çünki o, ehtiyacı olan, xüsusilə inkişaf üçün enerjiyə tələbatı artan bir regiona, Avropaya “yaşıl enerji” gətirir. Üstəlik, enerji kabelinin tikintisi Rumıniyanın Qara dəniz sahilində yerləşən Dobrogea bölgəsində enerji sisteminin yenidən balanslaşdırılması üçün son dərəcə vacibdir. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə neft və qaz sahəsində çox mühüm əməkdaşlığımız var. Lakin artıq “yaşıl enerji” gəlir və bu, Azərbaycanın Avropaya gətirdiyi enerji məhsullarının toplusunu tamamlayır.

“Gələcəkdə təmiz enerjiyə və havaya buraxılan karbon tullantılarının azaldılmasına artan maraq öz təklifini şaxələndirə və gücləndirə bilən Azərbaycan üçün daha mühüm imkan yaradacaq. Burada Aİ dövlətləri və bütövlükdə Avropa İttifaqı ilə böyük əməkdaşlıq vacibdir. Bu saziş Azərbaycan ilə Rumıniya arasında strateji münasibətlərə də müsbət təsir göstərəcək. Bizim əməkdaşlığımızın möhkəm əsasları var. Azərbaycanın Rumıniyada enerji istehsalı sahəsinə, həmçinin enerji tutumlu və çox tələb olunan bəzi sənaye sahələrinə investisiya yatırması onun ölkəmizdəki nüfuzundan xəbər verir. Bu saziş Azərbaycanın Rumıniyanın strateji tərəfdaşı kimi aktuallığını artırır”, - deyə müşavir bildirib.

Paylaş:
316

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər