Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM

15:55 - 20 / 12 / 2022
Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər