Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

09:23 - 23 / 12 / 2022
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər