2022-ci ilin kadr islahatları - Vəzifəyə gələnlər və azad olunanlar - TAM SİYAHI | 1news.az | Xəbərlər
Reportaj

2022-ci ilin kadr islahatları - Vəzifəyə gələnlər və azad olunanlar - TAM SİYAHI

Qafar Ağayev19:10 - 31 / 12 / 2022
2022-ci ilin kadr islahatları - Vəzifəyə gələnlər və azad olunanlar - TAM SİYAHI

Artıq 2022-ci ilin bitməsinə son saatlar qalıb. Hər il olduğu kimi 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə kadr islahatları davam edib.

Həyata keçirilən kadr islahatlarının məqsədi vətəndaşlara daha da yaxşı xidmət göstərməkdir.

1news.az 2022-ci ildə həyata keçirilən keçirilən islahat çərçivəsində təyin olunan və vəzifəsindən azad edilən şəxsləri xronoloji ardıcıllıqla təqdim edir:

Yanvar

Dövlət başçısının 2022-ci ildə ilk kadr təyinatı Səhiyyə Nazirliyi ilə bağlı oldu. Belə ki, Dövlət başçsının sərəncamı ilə 19 yanvar 2022-ci ildə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilərək, səhiyyə naziri təyin edildi.

Teymur Musayev

Eyni gündə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi, onun yerinə isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Abdin Ələsgər oğlu Fərzəliyev təyin olundu.

Fevral

7 fevral 2022-ci ildə Prezdent İlham Əliyev tərəfindən imzalanan sərəncamla Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olundu, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edildi.

Fevralın 10-da isə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edildi.

Rövnəq Abdullayev

Başqa bir sərəncamla Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin olundu.

Eyni gündə dövlət başçısının sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti oldu.

Rövşən Nəcəf​​​

Rövşən Nəcəfovin İqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad olunmasından sonra, iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunan Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edildi.

Elnur Əliyev

Prezidentin 18.02.2022-ci il tarixində imzaladığı sərəncamla Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

11 iyul 2020-ci ildən boş qalan Nizami rayon icra hakimiyyətinin başçısı vəzifəsinə də 18 fevralda təyinat oldu. Belə ki, Prezidentin Sərənamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Elxan Oqtay oğlu İbrahimov da fevralın 18-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.

22 iyul 2021-ci ildən boş qalan Slavyan Universitetinin rektoru vəzifəsinə də 18.02.2022-ci il tarixində Prezidentin sərəncamı ilə Anar Rüstəm oğlu Nağıyev təyin olundu.

Fevralın son günü – 28-ində Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Mart

Martın 3-də Prezidenrin Sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi.

Digər sərəncamla Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilsin.

Şahin Seyidzadə

Aprel

Azərbaycan Respublikası Milli Məclisinin 12.04.2022-ci il tarixli qərarına na əsasən Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edildi. Milli Məclisin digər qərarına əsasən isə, Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Aprelin 13-də isə Taleh Tahir oğlu Kazımov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin olunub.

May

04.05.2022-ci il tarixində Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Vilayət Quliyev

Mayın 4-də Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Vahid Hacıyev

Mayın 19-da Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edildi.

24.05.2022-ci il tarixində Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olundu.

Cavid Qurbanov

Eyni gün Prezident İlham Əliyev Samir Qaçay oğlu MəmmədovFərid Turab oğlu Əhmədovu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edib.

Samir Məmmədov və Fərid Əhmədov

İyun

8 iyun 2022-ci ildə Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin olunub.

Eyni gün imzalanan başqa bir sərəncamla Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Ə.Məmmədyarov və R.Orucov

İyunun 16-a Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırıldı.

İyul

İyulun 1-də Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri, Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini, Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi, Kənan Zakir oğlu Hüseynov, Zaur Nazim oğlu Hüseynov, Zaman Şakir oğlu İmanov, Gündüz Əhməd oğlu Şirinov, Cavid Tahir oğlu Tağıyev isə Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin olundular.

8 iyun 2022-ci ildə Milli Məclisinin Qərarı Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi.

15 iyunda İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin olundu. Eyni gün İlqar Abbasova general-mayor ali hərbi rütbəsi verildi.

Eyni gün İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə gətirildi.

İyunun 16-da Prezident İlham Əliyev Səfər Məmməd oğlu Mehdiyevi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdi.

İki gün sonra – iyunun 18-də Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilərək Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona tapşırıldı.

Şəfər Mehdiyev və Şahin Bağırov

19 iyunda isə Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edildi.

Ayın 21-də isə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə gətirildi.

25 iyunda Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, onun yerinə Araz Süleyman oğlu Əhmədov gətirildi.

Eyni gün Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin, Əkbər Bəxtiyar oğlu Abbasov isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Araz Əhmədov, Elvin Paşayev və Əkbər Abbasov

Avqust

Avqustun 11-də Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.

19 avqustda Prezident bəzi ölkə və beynəlxalq təşkilatlardakı səfirləri, səlahiyyətli nümayəndələri geri çağırdı, yeni səfirlər təyin etdi.

Belə ki, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olundu.

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən və Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıldı.

Rəşad İntiqam oğlu Novruz Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi

Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılaraq, Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri oldu.

Nəsimi Ağayev

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə Emil Zülfüqar oğlu Kərimov təyin olunub.

Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Yaşar Teymur oğlu Əliyevi isə Ruslan Novruz oğlu Rzayev əvəzlədi.

Sentyabr

6 sentyabr Prezident İlham Əliyev İbrahim Həsən oğlu Cəfərovu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad etdi.

24 sentyabrda Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi. Ondan əvvəl Mətbuat Şurasının sədri Əflatun Amaşov idi.

Rəşad Məcid

Oktyabr

17 oktyabrda Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə isə Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilən Elçin Tələt oğlu Bağırov təyin olundu.

Eyn gün Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırıldı, onun yerinə Misirə Elxan Poluxov səfir təyin edildi.

Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırıldı.

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyən Leyla Yaşar qızı Abdullayeva isə Prezidentin sərəncamı ilə 17 oktyabrda Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olundu.

Leyla Abdullayeva

İlqar Yusif oğlu Muxtarova Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri vəzifəsi verildi.

Dövlət başçısının sərəncamı ilə bir müdddət başçısız qalan Göyçay Rayon İcra Hakimiyyətinə də başçı təyin olundu. Bu vəzifəyə Natiq Nuşravan oğlu Ağayev gətirildi.

18 oktyabrda Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında, Fəxrəddin İsa oğlu Qurbanov Xorvatiya Respublikasında, Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən, Ağasəlim Səmədağa oğlu Şükürov isə Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Eyni gündə Prezident İlham Əliyevin Sərəncamı ilə Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Anar Laçın oğlu İmanov isə Azərbaycan Respublikasının Xorvatiya Respublikasında, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Dövlət başçısının 18 oktyabrda imzaladığı başqa bir Sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin olundu.

Mehriban İmanova

26 oktyabrda isə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilsin.

İsa Həbibbəyli

Eyni gündə Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirildi, xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçildi.

Anar Rzayev

Prezidentin digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilərək, mayın 24-dən boş qalan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olundu.

Rövşən Rüstəmov

Noyabr

3 noyabr 2022-ci ildə Prezident İlham Əliyev Elnur Əli oğlu Əliyevi Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad etdi. Xatırladaq ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.

Elnur Əliyev

Eyni gün Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisi vəzifəsinə təyin olunub.

Arif Səmədov

17 noyabrda Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

24.11.2022-ci il tarixində Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olundu.

Xalid Əhədov və Andrey Sipilin

Dövlət başçısının 19 noyabr 2022-ci ildə imzaladığı Sərəncamla Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edildi.

28 noyabr tarixində Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinə gətirildi.

Aslan Aslanov və Vüqar Əliyev

Dekabr

21 dekabr 2022-ci ildə Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib.

Vasif Talıbov

22 dekabr 2022-ci ildə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Prezindentin digər Sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Dekabrın 22-də Dövlət başçısı Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad etdi.

Eyni gün Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edildi. Mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edildi.

Adil Kərimli və Anar Kərimov

Dövlət başçısının digər Sərəncamı ilə Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin olundu.

Dekabrın 28-də Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Mahir Məmməd oğlu Əliyev təyin edilib.

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin olunub.

Prezident İlham Əliyev 30.12.2022-ci il tarixində Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Paylaş:
4504

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər