Azərbaycanda minimum əməkhaqqı 345 manata çatdırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda minimum əməkhaqqı 345 manata çatdırılıb

Qafar Ağayev15:27 - 05 / 01 / 2023
Azərbaycanda minimum əməkhaqqı 345 manata çatdırılıb

Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər