TBMM nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

TBMM nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Qafar Ağayev14:42 - 01 / 02 / 2023
TBMM nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Fevralın 1də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

1news.az xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə tər güllər düzüblər.

Sonra nümayəndə heyəti, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər müşayiət ediblər.

Paylaş:
136

Son xəbərlər

Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03Yuxarı Şirvan kanalından meyit tapıldıBu gün, 14:39FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20Təbii qazın qiyməti artdıBu gün, 11:14
Bütün xəbərlər

Next TV