Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb - VİDEO

15:12 - 03 / 02 / 2023
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb - VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşlar - Sübhan Qəhrəmanov və Elgün Quliyev tutulublar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib.

İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını deyib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.

Paylaş:
171

Son xəbərlər

İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilibBu gün, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olubBu gün, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşübBu gün, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEOBu gün, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdüBu gün, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındıBu gün, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıbBu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:10Ermənistanın Müdafiə Nazirliyinin yalanı üzə çıxdı, “əsir götürülüb” deyilən hərbçi tapıldıBu gün, 12:38Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıbBu gün, 12:24Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”Bu gün, 12:00Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTOBu gün, 11:31Satıcı marketdən 10 min manatlıq oğurluq etdiBu gün, 11:07Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blu Rezidens-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 11:00Ağcabədidə yol qəzası olub - ölən varBu gün, 10:51Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıbBu gün, 10:40Ötən gün ölkə ərazisində qeydə alınan 37 cinayətin üstü açılıbBu gün, 10:13Ötən gün ABŞ dövlət katibi İlham Əliyevə zəng edib - Tam mətnBu gün, 09:46Ucarda ot bağlamaları yanıbBu gün, 09:24Laçın-Xankəndi yolunda keçirilən aksiya 101 gündür davam edirBu gün, 09:15
Bütün xəbərlər

Next TV