Gölcük zəlzələsində doğuldu, Kahramanmaraş zəlzələsində öldü - FOTO | 1news.az | Xəbərlər
Dünya

Gölcük zəlzələsində doğuldu, Kahramanmaraş zəlzələsində öldü - FOTO

Ayşən İsmayılova16:27 - 20 / 02 / 2023
Gölcük zəlzələsində doğuldu, Kahramanmaraş zəlzələsində öldü - FOTO

Türkiyədə baş verən böyük fəlakətdə kədərli bir təsadüf yaşanıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gölcük zəlzələsi olan gün - 1999-cu il 17 avqustda doğulan Osman Enes Baştürk Kahramanmaraş zəlzələsində dağıntılar altında qalaraq dünyasını dəyişib.

Osman Enes Baştürk 7,7 ballıq zəlzələ zamanı qardaşını qorumağa çalışarkən üzərinə düşən divarın altında qalaraq həyatını itirib.

Qeyd edək ki, Baştürk ailəsi yaşadıqları evə zəlzələdən 3 gün əvvəl köçüblər.

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər