Kabildə mina partladı - Ölən var | 1news.az | Xəbərlər
Dünya

Kabildə mina partladı - Ölən var

15:08 - 23 / 02 / 2023
Kabildə mina partladı - Ölən var

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki polis nəzarət-buraxılış məntəqəsində mina partlayıb.

1news.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti məlumat yayıb.

Hadisə ilə bağlı rəsmi açıqlama yoxdur və hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

İddialara görə, 1 hərbçi ölüb, 2 nəfər yaralanıb.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər