Aİ və NATO Çinin Ukraynada atəşkəs planına münasibət bildirib
NATO-nun Baş katibi Yens Stoltenberq Çinin Ukraynada atəşkəslə bağlı təklifinə münasibət bildirib.
1news.az xəbər verir ki, bu barədə Tallində səfərdə olan Yens Stoltenberq Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Estoniya Baş naziri Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Pekinin vasitəçi kimi o qədər də etibara malik olmadığını əlavə edib.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə Çinin sülh planını yox, bəzi prinsipləri bölüşdüyünü deyib.
“Siz onları konkret fonda görməlisiniz. Bu, Çinin işğaldan əvvəl Rusiya ilə dostluq müqaviləsi imzalayaraq artıq tərəfini tutduğu fondur. Beləliklə, biz, əlbəttə ki, prinsiplərə baxacağıq, lakin Çinin tərəf tutduğu fonda bunu edəcəyik”, - Aİ rəsmisi qeyd edib.
APA