“Bu gün Xocalıdan ümidverici xəbərlər daxil olub” | 1news.az | Xəbərlər
Dünya

“Bu gün Xocalıdan ümidverici xəbərlər daxil olub”

1news Redaksiyası15:33 - 01 / 03 / 2023
“Bu gün Xocalıdan ümidverici xəbərlər daxil olub”

“Bu gün Xocalıdan ümidverici xəbərlər daxil olub”.

1news.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “Twitter” hesabında paylaşım edib.

“Bu gün Bakı və Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin təmsilçiləri arasında təmaslar barədə Xocalıdan ümidverici xəbərlər daxil olub. Müzakirələrin həm təxirəsalınmaz problemlərə, həm də daha genişspektrli məsələlərə yönəldilməsi yaxşıdır”, - deyə o paylaşımda qeyd edib.

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər