Con Kennedinin qohumu ABŞ prezidenti olmaq istəyir | 1news.az | Xəbərlər
Dünya

Con Kennedinin qohumu ABŞ prezidenti olmaq istəyir

13:12 - 04 / 03 / 2023
Con Kennedinin qohumu ABŞ prezidenti olmaq istəyir

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

1news.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Kennedi deyib: “Bəli, mən bu barədə düşünürəm”.

Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur.

Telekanal vurğulayıb ki, kiçik Robert Kennedi ABŞ-ın Demokratlar Partiyasından namizədliyinin irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Respublikaçı keçmiş prezident Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlamışdı. Hazırkı prezident Co Bayden noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyini bildirib.

Eyni zamanda Amerikalı iş adamı Perri Conson 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq niyyətində olduğunu açıqlayıb.

APA

Paylaş:
596

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər