Putin və Rəisi telefonda danışdılar | 1news.az | Xəbərlər
Dünya

Putin və Rəisi telefonda danışdılar

15:19 - 06 / 03 / 2023
Putin və Rəisi telefonda danışdılar

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

1news.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Tərəflər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib.

Birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər