“Ermənistan-Azərbaycan məsələləri özləri həll etməlidirlər”
“Birləşmiş Ştatlar vasitəçi deyil, Ermənistan-Azərbaycan məsələləri özləri həll etməlidirlər”.
1news.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton İrəvan və Bakı üçün vasitəçilik etmək niyyətində deyil: “ABŞ tərəfləri yaxınlaşdıra biləcəyini həm sözdə, həm əməldə göstərir. Biz bu addımı rəsmi Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu iki ölkə arasında uzunmüddətli münaqişənin həll edilməsi və razılığın əldə olunması məqsədilə edirik. Birləşmiş Ştatlar iki ölkə arasında vasitəçi yox, sülh tərəfdaşıdır”.
544