Azərbaycan Prezidenti BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Qafar Ağayev16:50 - 09 / 03 / 2023
Azərbaycan Prezidenti BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima forumun çox yüksək səviyyədə təşkil olunduğunu dedi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını olduqca əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirdi, bu təsisatın dünya səviyyəsində nüfuzunun artdığını vurğuladı.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk fəaliyyətinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ana yurdu olan qədim Gəncə şəhərindən başladığını qeyd edərək, sonrakı illərdə bu Mərkəzin daha da inkişaf etdiyini və bu il artıq ölkəmizdə X Qlobal Bakı Forumunun keçirildiyini dedi.

Dövlətimizin başçısını Qoşulmama Hərəkatının sədri olaraq uğurlu fəaliyyətinə və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edən Vinni Byanyima Hərəkatın bugünkü beynəlxalq münasibətlərdə çox vacib rol oynadığını vurğuladı.

Qonaq Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu dedi. O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata keçiriləcək layihələrinə Azərbaycanın dəstəyini xahiş etdi.

Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü, onların çadır şəhərciklərində yaşadığını xatırladan dövlətimizin başçısı, o zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini qeyd etdi, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstəyin göstərildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu xüsusda da Azərbaycan beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini bildirdi.

***

15:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
735

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər