Mətbuat Şurasında “KİV-in kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurasında “KİV-in kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Qafar Ağayev16:51 - 10 / 03 / 2023
Mətbuat Şurasında “KİV-in kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Azərbaycan Mətbuat Şurasının (MŞ) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.

1news.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid tədbirin keçirilməsində məqsədin medianın kibertəhlükəsizlik məsələlərinə diqqət çəkməkdən ibarət olduğunu bildirib. “Müsavat TV”nin və “Səs TV”nin sosial platforma hesablarına hücumların olduğunu xatırladan Rəşad Məcid qeyd edib ki, bu hadisələr problemə yanaşmada yeni metodların tətbiqini aktuallaşdırır. Elektron Təhlükəsizlik Xidməti də bu həssas məqamı nəzərə alaraq, Şura ilə birgə toplantı keçirməyi vacib sayıb.

Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov çıxışında müzakirə olunan mövzunun əhəmiyyətindən söz açıb. Bildirib ki, rəqəmsallaşmanın tətbiqi genişləndikcə, müvafiq olaraq, kibertəhdidlərin sayı da artır. Bu təhdidlər özünü müxtəlif forma və metodlarda göstərir. O, belə təhdidlərdən qorunmaq üçün ilk növbədə maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb. Bildirib ki, kiberdələduzların öz məqsədlərinə nail olmaları 60 faiz insan faktoru ilə əlaqəlidir. Kiber məkandan istifadə edən şəxslər təhlükəsizlik qaydalarına düzgün əməl etsələr, xoşagəlməz vəziyyətdən yayınmaq da mümkün olar.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı kütləvi informasiya vasitələrinin kiberhücumlara məruz qaldığı faktını önə çəkərək, bu hücumların bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb. N.Məmmədli vəziyyətdən çıxış yollarından kimi “Media haqqında” Qanunda da əksini tapmış media savadlılığı ilə bağlı müddəaların praktik fəaliyyət müstəvisinə gətirilməsini vacib sayıb. Bu prosesin sistemli şəkildə aparılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında diqqəti ölkəmizin üzləşdiyi informasiya savaşına çəkib. Savaşın həssas məqamlarında kiberhücumların da intensivləşməsini vurğulayıb. Qeyd edib ki, belə hallarda problemlərin çevik həlli üçün müvafiq dövlət qurumları ilə koordinasiya edilmiş fəaliyyətə ehtiyac yaranır. M.Ələsgərli çevik koordinasiya mexanizmlərinin müzakirəsinin vacibliyini bildirib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov qeyd edib ki, media qurumları tərəfindən kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli və bu prosesə peşəkar kadrlar cəlb edilməlidir.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəhbərlik etdiyi “Musavat TV”yə hücumun aradan qaldırılması istiqamətində gördükləri işlərdən söz açıb. Kibertəhdidlərin əvvəllər də qeydə alındığını vurğulayan R.Arifoğlu ümumi yaranmış vəziyyətin ölkənin informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməsi üçün əsasları formalaşdırdığını diqqətə çatdırıb. Problemin müzakirəsinin vacibliyini bu baxımdan əsaslandırıb.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxışında kiberhücumla rastlaşarkən həyata keçirilmiş tədbirlərdən söz açıb.

Çıxış edənlərdən MŞ sədrinin müavini Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri Umud Rəhimoğlu, Fərid Pərdəşünas, Hacıbəy Heydərli və başqaları diqqəti mövcud sahədəki xarakterik məqamlara çəkiblər.

ETX-nin mütəxəssisləri Aysel Hadiyeva və İbrahim Əbdüləzizli media qurumlarına yönəlmiş aktual kibertəhdidlər və kibergigiyena qaydaları barədə məruzələrlə çıxış ediblər.

Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov toplantıda səsləndirilən suallara aydınlıq gətirib.

Paylaş:
386

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər