AZANS Azərbaycan mülki aviasiyasının inkişafını Cenevrədə keçirilən sərgidə nümayiş etdirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZANS Azərbaycan mülki aviasiyasının inkişafını Cenevrədə keçirilən sərgidə nümayiş etdirib - FOTO

Qafar Ağayev17:08 - 10 / 03 / 2023
AZANS Azərbaycan mülki aviasiyasının inkişafını Cenevrədə keçirilən sərgidə nümayiş etdirib - FOTO

AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sənayesi üçün əlamətdar hadisə olan martın 8-dən 10-dək Cenevrədə keçirilən hava hərəkətinin idarə edilməsi üzrə beynəlxalq “Airspace World” sərgisində iştirak edir.

1news.az xəbər verir ki, 32 min kvadrat metrlik “Airspace World” sərgi sahəsi sabahın səmasını idarə edən təşkilatlar və insanlar üçün görüş məkanıdır. O, səmanın gələcəyi ilə bağlı plan üzərində birgə işləmək üçün pilotlu və pilotsuz aviasiyanın əsas oyunçularını, eləcə də CANSO, ICAO, IATA, EUROCONTROL, EASA, ACI və digərləri daxil olmaqla beynəlxalq təşkilatları bir araya gətirib.

AZAN-ın “Airspace World”da iştirakı Azərbaycan mülki aviasiyasının imkanlarını və inkişafını nümayiş etdirməyə, əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməyə və sənayedəki mövqelərini gücləndirməyə, həmçinin, qabaqcıl texnologiyalar sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini cəlb etməyə imkan yaradıb.

Sərgi çərçivəsində AZAL (AZANS) və Aireon, INDRA, DFS/UFA, NG Aviation, VIBE, DG EUROCONTROL, Leonardo, ERA təşkilatlarının nümayəndələri arasında əməkdaşlıq üzrə səmərəli görüşlər və danışıqlar aparılıb.

Görüşlər və danışıqlar çərçivəsində aşağıdakı sazişlər bağlanıb:

- Uçuşların təhlükəsizliyinin və səmərəliliyinin artırılması, onların ətraf mühitə təsirini azaldan tətbiqlər üçün qabaqcıl aviasiya böyük məlumat analitikasının inkişafı sahəsində Aireon ilə tərəfdaşlıq sazişi;

- daha yüksək səviyyəyə nail olmaq üçün aeronaviqasiya məlumatlarının rəqəmsallaşdırılmasının təkmilləşdirilməsinə yönəlmiş AZANS və NG Aviation arasında əməkdaşlıq haqqında;

- “Azəraeronaviqasiya” HHİ-nin dispetçerlərin nəzəri və praktiki hazırlığının təmin edilməsi məqsədilə Almaniya Aeronaviqasiya Akademiyasının Milli Aviasiya Akademiyasında filialının yaradılması;

- çoxfunksiyalı, iri həcmli və real hava hərəkəti şəraitində hava hərəkəti dispetçerlərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan yaradan 360 3D-Tower və ACC/APP müasir təlim kompleksinin əldə edilməsi haqqında. Simulyator kompleksinin alınmasına dair müqavilə UFA ilə imzalanıb.

Həmçinin, Azərbaycanın aeronaviqasiya infrastrukturunun inkişafı üzrə gələcək əməkdaşlığın məqsədləri; Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Laçında tikilməkdə olan üçüncü beynəlxalq hava limanının naviqasiya sistemlərinin təchiz edilməsi imkanları müzakirə edilib.

Bundan əlavə, Azərbaycanın hava məkanının qlobal aviasiya təchizat zəncirində əhəmiyyəti vurğulanıb və regionda hava məkanından ən səmərəli istifadəni və dinamik hava axınının idarə olunmasını təmin etmək üçün uçuşların idarə edilməsi sahəsində əməkdaşlığı genişləndirmək istəyi ifadə olunub.

Paylaş:
449

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər