Türkiyədə 4,8 ballıq zəlzələ olub
 
            
            
            Türkiyənin Kayseri şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
1news.az “TRT Haber”ə istinadən xəbər verir ki, zəlzələ şəhərin Hacılar adlı ərazisində qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində xəsarət alanların olmadığı bildirilir. Zəlzələ anı kameralara da əks olunub.
Xatırladaq ki, martın 7-si Kayseridə ard-arda 3 zəlzələ baş verib.
615








