“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə - FOTO | 1news.az | Xəbərlər
Şou-biznes

“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə - FOTO

16:41 - 11 / 03 / 2023
“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Film həftəsi” layihəsinə start verilib. Bu silsilədən ilk olaraq “Sehrli xalat” filmi nümayiş etdirilib.

Təqdimatdan əvvəl tamaşaçılara rejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə ekranlaşdırdığı filmə dair maraqlı məlumatlar çatdırılıb. Ekran əsərində Eldar obrazını canlandırmış Yusif Şeyxov çəkiliş prosesi zamanı yaddaqalan əhvalatları, tərəf müqabilləri ilə bağlı xatirələrini paylaşıb. Filmin Azərbaycan kinosuna gətirdiyi yeniliklərdən danışılıb.

Filmin nümayişinə benefisiarlarla yanaşı, həssas kateqoriyadan olan 6-11 yaş və 11-14 yaş aralığında autizm spektrli, əqli geriliyi olan şəxslər, şəhid övladları, sosial sığınacaqların sakinləri də daxil olmaqla, ümumilikdə 100 nəfər cəlb edilib. Tədbirə təlim prosesini başa vurmuş şəxslərin də dəvət edilməsi onların təlim müddətindən sonrakı mərhələdə Mərkəzin ictimai həyatında iştirakını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Film həftəsi”nin hər həftənin şənbə günü davamlı olaraq təşkili nəzərdə tutulub. Layihə həssas qrupdan olan şəxslərin dünyagörüşünün inkişafı, sosiallaşmasının təmin edilməsi, həmçinin şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasında təsirli olacaq.

Paylaş:
504

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV