Binəqədidə fəhlə ölümünə görə cinayət işi başlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə fəhlə ölümünə görə cinayət işi başlanıldı

Qafar Ağayev14:53 - 13 / 03 / 2023
Binəqədidə fəhlə ölümünə görə cinayət işi başlanıldı

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə görə, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər