Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb

Qafar Ağayev17:10 - 13 / 03 / 2023
Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət zəminində həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işini davam etdirir.

Ombudsman Aparatından 1news.az-a verilən məlumata görə, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara qarşı çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədn Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunması faktı bunu bir daha təsdiq edir.

Bununla əlaqədar ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparılmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb.

Azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı hesabatda dolğun faktlar toplanıb.

Hesabatın sonunda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda, Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət olunub.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb.

Paylaş:
348

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər