İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib
Sosial şəbəkələrdə yayılan görüntüdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib.
1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.
352